


Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan idmançı qazaxıstanlı Şerzod Davlatovla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb, Əhməd Yusifov dünya çempionatında qızıl medal qazanıb.
Bu gün tatamiyə çıxan digər cüdoçular - Balabəy Ağayev, Könül Əliyeva və Şəfəq Həmidova isə mundialı medalsız başa vurublar.
15:28
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan Azərbaycan təmsilçisi Əhməd Yusifov yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Vei ilə qarşılaşıb.
İdmançımız rəqibini məğlub edərək finala yüksəlib.
15:05
Bakıda keçirilən dünya cüdo üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Əhməd Yusifov yarımfinala vəsiqə qazanıb.
Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda rusiyalı Ayyub Bliyevi məğlub edib.