×
A
A
A
Sazlamalar

Litvanın təşəbbüsü ilə ATƏT-də jurnalistlərin təhlükəsizliyinə dəstək qrupu yaradılıb

Vilnüs, 23 aprel, AZƏRTAC

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı nəzdində jurnalistlərin təhlükəsizliyinə dəstək qrupu təsis edilib.
AZƏRTAC xəbər verir ki, Litva XİN-in məlumatına görə, Litvanın təşəbbüsü ilə yaradılan qeyri-formal strukturun məqsədi peşə borcunu yerinə yetirən KİV əməkdaşlarının zorakılıqdan müdafiə edilməsidir. Quruma Fransa və İsveç də qoşulub.
Litva XİN-in məlumatında deyilir: “Son zamanlar jurnalistlər təkcə real həyatda deyil, virtual məkanda da təqiblərə məruz qalırlar. Peşə fəaliyyətindən ötrü onlara sui-qəsdlər edilir. Jurnalistlərə qarşı cinayətlərlə bağlı cəzasızlıq hökm sürür”. Məlumatda o da diqqətə çatdırılır ki, “bu işlə məşğul olan qadınlar spesifik problemlərlə qarşılaşırlar”.
Jurnalistlərin təhlükəsizliyinə dəstək qrupuna 15 ölkə qoşulub.
Litva ilk dəfə 2011-ci ildə – ATƏT-ə sədrlik etdiyi dövrdə bu təşəbbüsü qaldırıb və onu indiyədək fəal müdafiə edib.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Cəmiyyət 2018-04-23 22:50:00