×
A
A
A
Sazlamalar

NATO PA-nın “Rouz-Rout” seminarında təhlükəsizlik məsələləri diqqət mərkəzində olub

Tbilisi, 23 aprel, AZƏRTAC 

NATO PA–nın aprelin 23-də Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarında Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Oksford Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Poy Elison, Vilfrid Martens Avropa Təhsil Mərkəzinin direktor müavini Roland Freddenşteyn seminarda mövzu ilə əlaqədar çıxış ediblər. Çıxışlarda Cənubi Qafqazda və Qara dəniz hövzəsində təhlükəsizliyin təmin olunmasının və mövcud münaqişələrin həllinin vacibliyi qeyd edilib. Alimlər NATO və digər beynəlxalq təşkilatları bu istiqamətdə səyləri artırmağa çağırıblar.
Milli dəyərlərin və perspektivlərin müzakirəsinə həsr olunmuş hissədə Gürcüstanın xarici işlər nazirinin müavini David Dondu, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Bolqarıstanın səfiri Dizelava İvanova-Kozleva, Ukraynanın səfiri İqor Dolqov çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Gürcüstanın Avratlantik məkana inteqrasiyası dəstəklənib. Bildirilib ki, Gürcüstanın NATO-ya üzvlüyü təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq.
Seminar aprelin 24-də işini davam etdirəcək və Cənubi Qafqazda təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2018-04-23 21:02:00