Azərbaycanın gimnastika komandası “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıb VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Milli Gimnastika Arenasında keçirilən gənc gimnastların iştirak etdikləri “AGF Junior Trophy” beynəlxalq turnirinin birinci günündə 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda komandalar arasında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığma komandası 89,250 xal toplayaraq turnirin bürünc medalına layiq görülüb.
Bu yaş qrupunda birinci yeri 100,900 xalla Rusiya komandası tutub. Belarus millisi isə 93,300 xalla gümüş medala sahib olub.
Turnirin birinci günündə bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Dərya Farşbafşəhriyari və Arzu Cəlilova fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Azərbaycanın ikinci komandası isə 88,300 xalla komanda hesabında beşinci yerdə qərarlaşıb.
Gimnastımız Arzu Cəlilova “Ən yüksək icra xalına görə” hakimlər briqadası tərəfindən “AGF Trophy” mükafatı ilə təltif edilib.
“AGF Junior Trophy” turniri iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil edilib. Turnirdə 18 ölkədən idmançı iştirak edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir