×
A
A
A
Sazlamalar

Asim Mollazadə: Bu gün Avropa strukturlarında yeni informasiya müharibəsi ilə üzləşmişik

Strasburq, 23 aprel, AZƏRTAC
Azərbaycan hərbi təcavüzə məruz qalıb. Ölkənin ərazisinin bir hissəsi işğal olunub, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün isə biz Avropa strukturlarında yeni informasiya müharibəsi ilə üzləşmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə assambleyanın yaz sessiyasında söyləyib. O bildirib ki, bu gün müstəqil siyasət yürüdən, Qərb ilə Şərqi, Şimal ilə Cənubu öz strateji layihələri ilə birləşdirən, Avropanın enerji təhlükəsizliyində, nəqliyyat sisteminin formalaşmasında vacib rol oynayan Azərbaycanı bəzi qüvvələrin gözü götürmür. Belə qüvvələr yeni siyasi informasiya texnologiyalarından istifadə edərək bizi hədəf seçiblər. Azərbaycana qarşı bu informasiya müharibəsinin əsas məqsədi müstəqilliyimizə xələl gətirmək, bizi beynəlxalq təşkilatlardan uzaqlaşdırmaqdır.
Milli Məclisin deputatı vurğulayıb ki, belə hücumların arxasında kimlərin dayandığı aydınlaşdırılmalıdır. Yeni növ müharibələri kimlərin apardığını bilməliyik.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Xarici siyasət 2018-04-23 20:20:00