×
A
A
A
Sazlamalar

Gənclər Təşkilatları Milli Şurasının sədri İstanbulda Qlobal Sahibkarlıq Konqresində iştirak edib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Seymur Hüseynov İstanbulda keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2018”də iştirak edib.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, dünyanın 170 ölkəsindən 7 minədək nümayəndə, o cümlədən sahibkar, investor, tədqiqatçı və sahibkarlığın inkişafına cavabdeh nazir və siyasətçi iştirak edib.
Tədbirin rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Konqres hər il sahibkarlıq ekosistemləri ətrafında iqtisadi və siyasət problemlərini müzakirə etmək üçün aidiyyəti şəxsləri bir araya toplayır. Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekspert və biznes qurumları tərəfindən master-klaslar keçirilib və işçi qruplar təşkil olunub. Tədbir müddətində nümayəndələr uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında fikir mübadiləsi aparıblar.
Beynəlxalq tədbirdə “İnnovativ mədəniyyət: şəxsdən müəssisəyə və cəmiyyətə”, “Sıfır maneələr: fərdi düşüncələrdən sistemli ayrı-seçkiliyə qədər, mədəni maneələrlə” və “Eksponent düşüncə: yaşadığımız, işləyən və qarşılıqlı olaraq artan, dağıdıcı yeniliklər” mövzuları müzakirə olunub.
ARGTMŞ-in sədri Seymur Hüseynov Qlobal Sahibkarlıq Şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsidir.

Sosial 2018-04-23 19:29:00