×
A
A
A
Sazlamalar

Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirən şəxsi saxlayıblar

Bakı, 23 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşlarının sayıqlığı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşması nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
“Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respublikasına gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb. Şəxsi baxış zamanı onun üzərində 2500 qram tiryək, 500 qram heroin aşkarlanıb.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Hadisə 2018-04-23 19:24:00