×
A
A
A
Sazlamalar

Ötən il dəmir yolu ilə 5,4 milyon tondan çox neft və neft məhsulları daşınıb

Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC
2017-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas neftdaşıma stansiya və terminalları, o cümlədən Bakı Yük, Dübəndi stansiyaları və Qaradağ, Səngəçal terminalları vasitəsilə 5 milyon 451 min 500 ton neft və neft məhsulları daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya" III Beynəlxalq Forumunda deyib.
O bildirib ki, 2016-cı il ərzində isə 5 milyon 339 min 500 ton neft və neft məhsulları daşınıb. Ötən il daşınan yüklər 2016-cı ilə nisbətən 112 min ton artıb.

Neft - qaz 2018-04-23 19:02:00