×
A
A
A
Sazlamalar

Qazaxda sahibkarlar üçün treninq keçirilib

Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, biznes fəaliyyətində İKT-dən istifadə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, marketinq və menecment mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq təcrübə, marketinq araşdırmalarının aparılması, menecmentin mahiyyəti və s. barədə ətraflı məlumat Bakı Biznes Tədris Mərkəzinin təlimçisi tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.
Treninqdə iştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Lisenziyalar və icazələr" portalından (www.lisenziya.gov.az) və "Biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

Regionlar 2018-04-23 19:00:00