×
A
A
A
Sazlamalar

Azərbaycan 50 ədəd lokomotiv və 1600 yeni yük vaqonu almağı planlaşdırır

Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" QSC 50 ədəd yeni lokomotiv və 1600 ədəd yeni yük vaqonu almağı planlaşdırır
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya" III Beynəlxalq Forumunda deyib.
O bildirib ki, "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən, uzunluğu 503 kilometr olan Bakı- Böyük Kəsik dəmir yolu əsaslı təmir olunub, 23 stansiyada yeni avadanlıqlar quraşdırılıb, 3100 ədəd yeni yük vaqonları alınıb, 50 ədəd yeni lokomotiv və 1600 ədəd yeni yük vaqonlarının alınması nəzərdə tutulub.
Ə.Qasımovun sözlərinə görə, dəmir yolu parkının yenilənməsi və infrastrukturunun yenidən qurulması sahələrində aparılmış modernləşdirilmə tədbirləri ümumilikdə bu nəqliyyat növü üzrə daşıma sürətinin artırılmasını, yüklərin vaxtında və təhlükəsiz çatdırılmasını və eləcə də daha effektiv dəmir yolu bağlantılarının yaradılmasını təmin edəcək, beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşımaların asanlaşdırılmasına və bura əlavə yük axınlarının cəlb olunmasına şərait yaradacaq.

Nəqliyyat 2018-04-23 18:16:00