×
A
A
A
Sazlamalar

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində polis əməkdaşları üçün təlim keçirilir

Bakı, 23 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarının və Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsi əməkdaşlarının təlim toplantısı keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, il ərzində davam edəcək təlim müddətində İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması xüsusiyyətləri barədə dəyərli məsləhətlər verəcəklər.
İdmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsiplərini açıqlayıb, hər bir polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Sosial 2018-04-23 18:11:00