×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.
Əziz İlham Heydər oğlu.
Xalqınızın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əliyevlər ailəsi, Prezident İlham Əliyev – Azərbaycan xalqının mühüm rəmzləridir. Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz.
Cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uğurlar və rifah arzulayıram.
Dərin hörmətlə, Sizin

 


Ramazan Abdulatipov
Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə
humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

Məktublar 2018-04-23 18:01:00