×
A
A
A
Sazlamalar

Milli Oftalmologiya Mərkəzinə ötən həftə 3425 xəstə müraciət edib

Bakı, 23 aprel, AZƏRTAC 

Aprelin 16-dan 22-dək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə ümumilikdə 3425 xəstə müraciət edib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, xəstələrin 250-si stasionar müalicə alır. Bundan əlavə həftə ərzində mərkəzdə 252 cərrahi əməliyyat keçirilib. Onların əksəriyyəti kataraktanın fakoemulsifikasiyası+ İOL implantasiyası əməliyyatıdır ki, bu da 78 xəstəyə tətbiq olunub.
Həftə ərzində mərkəzin Masallı filialına 350 xəstə müraciət edib. Onlardan 60-ı üzərində əməliyyat icra olunub.
Gəncə filialına ümumi qeydiyyatdan keçmiş xəstələrin sayı 262 nəfərdir ki, onlardan 11 nəfər əməliyyat olunub.

Səhiyyə 2018-04-23 17:31:00