×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyasının iki idarəsinin veb-saytının təqdimatı olub

Bakı, 23 aprel. AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi və Beynəlxalq Əlaqələr İdarəsinin veb-saytlarının təqdimatı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Elm və Təhsil İdarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, eləcə də bu qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Sərxan Yolçuyev Elm və Təhsil İdarəsinin veb-saytını təqdim edib. Bildirib ki, üç dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərəcək sayt “Ana səhifə”, “İdarə haqqında”, “Rəsmi sənədlər”, “Xəbərlər”, “Elanlar”, “Əlaqə” və s. bölmələrdən ibarətdir. Saytın “Qalereya” bölməsində akademiyada təşkil olunan mühüm tədbirləri əks etdirən foto və videomaterialların yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin burada geniş axtarış sistemi və sosial şəbəkələrə keçidlər yer alıb.
AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin veb-saytını təqdim edən S.Yolçuyev bu resursun üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcəyini deyib. Bildirib ki, veb-sayt “Ana səhifə”, “Sənədlər”, “Xəbərlər və Elanlar”, “Təşkilatlar”, “Akademik qurumlar” və s. bölmələrdən ibarətdir. Saytda, həmçinin beynəlxalq proqramlar, ərizə formaları, geniş axtarış sistemi, sosial şəbəkələrə keçidlər yer alıb.

Elm və təhsil 2018-04-23 17:17:00