×
A
A
A
Sazlamalar

Yanvar-martda kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Bakı, 23 aprel, AZƏRTAC

2018-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 823,6 milyon manat olub, onun da 793,4 milyon manatı heyvandarlıq, 30,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 63,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 2,8 faiz artıb.

Kənd təsərrüfatı 2018-04-23 17:16:00