×
A
A
A
Sazlamalar

Xəzərdə üzən tankerlər ilə ildə 8 milyon tona yaxın yük daşınır

Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC
Xəzər dənizində üzən tankerlər ilə ildə 8 milyon ton yük daşınır.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Strateji İnkişaf və İnvestisiya Layihələri üzrə şöbə rəisi Tariyel Mirzəyev "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya" III Beynəlxalq Forumunda deyib.
O bildirib ki, hazırda Xəzər dənizində 55 tanker var. Bu tankerlərlə ümumilikdə il ərzində 8 milyon ton yük daşınır. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC öz tankerlərini yeniləyir və yeni tankerlərin tikintisini sifariş edib. Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda gəmiçiliyə məxsus iki tankerin tikintisi davam edir. Bu tankerlərin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulub.

Nəqliyyat 2018-04-23 17:13:00