×
A
A
A
Sazlamalar

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən 763 müəllimin müsahibəsinə başlanılır

Bakı, 23 aprel, AZƏRTAC 

Ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, elektron qeydiyyat http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə həyata keçirilib.
Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən 2282 müəllimdən 763-nün elektron ərizəsi təsdiq edilib.
Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən aparılacaq. Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Elektron ərizəsi imtina edilmiş müəllimlərin imtina səbəbləri, ərizəsi təsdiq edilən namizədlərin isə müsahibələrinin keçirilmə yeri və tarixi barədə məlumat şəxsi səhifələrinə göndərilib.
Müsahibələr aprelin 26-27-də təşkil olunacaq. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Elm və təhsil 2018-04-23 16:46:00