×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək

Bakı, 23 aprel, AZƏRTAC
Gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparırıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib. Bu, bizim üçün çox vacibdir. Azərbaycan sahibkarları, xüsusilə tütün məmulatlarının, spirtli içkilərin Rusiyaya ixrac zamanı rəsmiləşdirmə üçün Gürcüstanın Yuxarı Lars məntəqəsinə gedir, oradan Bakıya qayıdır və buradan da Dərbəndə gedərək mallarını ixrac edirdilər. Bu proseslərə artıq ehtiyac olmayacaq. Qısa müddətdə bu problemin həllinə nail olacağıq", - deyə nazir vurğulayıb.

İqtisadiyyat 2018-04-23 16:43:00