×
A
A
A
Sazlamalar

Zoologiya İnstitutunun əməkdaşı arı xəstəliyini tədqiq edir

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Əliyeva Şabran, Quba və Qusar rayonlarında ekspedisiyada olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspedisiya rayonların müxtəlif arıxanalarına təşkil olunub.
Gənc mütəxəssis arıların vəziyyətinə baxış keçirərək qeydlər aparıb və arılardan nümunələr götürərək laboratoriyaya nozematoz xəstəliyinin təyin edilməsi üçün gətirib.
Qeyd edək ki, həmin xəstəliyin nosema apis növü ölkəmizdə mövcuddur. Xəstəliyin bu növü arılar üçün olduqca təhlükəlidir və arılarda kütləvi ölümlərə səbəb olur.

Elm və təhsil 2018-04-23 16:42:00