×
A
A
A
Sazlamalar

Türkiyənin sabiq enerji və təbii sərvətlər naziri və Baş nazirin sabiq müavini Cumhur Ersümerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə qardaş Azərbaycan xalqının Sizə bəslədiyi sevgi və ehtiramla yanaşı, verdiyi böyük dəstəyin göstəricisidir.
Atanız, möhtərəm dostum Heydər Əliyevin siyasətini davam etdirərək təhvil aldığınız bayrağı zirvəyə qaldırmağınızı, yürütdüyünüz siyasət və həyata keçirdiyiniz nəhəng layihələrlə Azərbaycanı etimad və sabitlik şəraitində inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltməyinizi böyük məmnunluq və qürurla izləyirəm.
Sizi bir daha təbrik edir, qarşıdakı yeni dövrün Sizə, ailənizə və bütün qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, uğurlar gətirməsini diləyir, dərin ehtiramımı bildirirəm.
Hörmətlə,

 

Cumhur Ersümer
Türkiyənin sabiq enerji və təbii sərvətlər
naziri və Baş nazirin sabiq müavini

Məktublar 2018-04-23 16:36:00