×
A
A
A
Sazlamalar

Rusiya Federasiyasının “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Çingiz İsayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz və səyləriniz sayəsində Azərbaycan Respublikası gündən-günə inkişaf edir, sosial, iqtisadi və dini-mənəvi sahələrdə yeni-yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcək maraqlarına cavab verən mühüm dövlət islahatlarını uğurla həyata keçirirsiniz. Rusiya–Azərbaycan əlaqələrinin möhkəmlənməsinə Sizin verdiyiniz töhfəni yüksək dəyərləndiririk.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının vilayətləri arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,

 

Çingiz İsayev
Rusiya Federasiyasının “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti”
İctimai Təşkilatının sədri

Məktublar 2018-04-23 16:31:00