×
A
A
A
Sazlamalar

Bakıda və Ağdamda evlərdə qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb

Bakı, 23 aprel, AZƏRTAC

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən bir ədəd pnevmatik, bir ədəd idman tapançası və 28 patron aşkarlanaraq götürülüb.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ayaq Qərvənd kəndində yaşayan Şəfayət Abdullayevin evindən 3 tüfəng, 1 idman tapançası, müxtəlif çaplı 52 patron, beşbarmaq, süngü-bıçaq, bıçaq, 29 giliz və bir patron darağı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2018-04-23 16:27:00