×
A
A
A
Sazlamalar

Ötən il ölkədə 11,5 min yaşayış evi tikilib

Bakı, 23 aprel, AZƏRTAC

2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 milyon 14,7 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kvadratmetri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.
İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 milyon manat olub, onun 149,8 milyon manatı dövlət, 810,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2017-ci ildə 11,5 min yaşayış evi tikiblər ki, onların da əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

 

Tikinti̇ 2018-04-23 15:49:00