×
A
A
A
Sazlamalar

Gəncə Uşaq Gənclər və İnkişaf Mərkəzinin kollektivi Türkiyədə Beynəlxalq Uşaq Festivalında iştirak edir

Gəncə, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Uşaq Gənclər və İnkişaf Mərkəzinin (UGİM) kollektivi Türkiyənin Mersin şəhərində təşkil olunan Beynəlxalq Uşaq Festivalında iştirak edir.
UGİM-in direktoru Sevinc Ələkbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mərkəzin kollektivi beynəlxalq festivala 20 nəfərlik nümayəndə heyəti ilə yollanıb.
Aprelin 20-dən 24-dək davam edəcək festivalda iştirakçılar, xüsusən mərkəzin “Azərin” rəqs qrupunun 12 nəfərlik üzvü müxtəlif tədbirlərə qoşulacaqlar. Kollektivin üzvləri festival iştirakçıları qarşısında “Dərbənd”, “Qazaxı” və “Arşın malı alan” filmindən qızların rəqsi ilə çıxış edəcəklər.

Regionlar 2018-04-23 15:30:00