×
A
A
A
Sazlamalar

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA-ya assosiativ üzv seçilib

Bakı, 23 aprel, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinə (ERRA) assosiativ üzv seçilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 23-də Rusiya Federasiyasının Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin iclası keçirilib. Tədbirdə Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclas çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi quruma assosiativ üzv seçilib və assosiativ üzvlük haqqında şəhadətnamə təqdim olunub.
Qeyd edək ki, hazırda 30 həqiqi və 7 assosiativ üzvü olan ERRA, ilk növbədə, Avropa, Asiya, Afrika, Orta Şərq ölkələrinin və ABŞ-ın enerji məsələlərini tənzimləyən orqanlarını özündə birləşdirən könüllü təşkilatdır. Təşkilat 1999-2008-ci illərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə yaradılıb. 2001-ci ildə təşkilat Macarıstanda rəsmi qeydiyyatdan keçib və katibliyi Budapeşt şəhərində yerləşir.

Energetika 2018-04-23 15:21:00