×
A
A
A
Sazlamalar

Milli Kitabxanada Beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş sərgi açılıb

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasında 23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və rus dillərində dünya ədəbiyyatı nümunələrindən seçmələr, müəlliflik hüquqları ilə bağlı kitablar və dövri mətbuat materialları sərgilənir.
Sərgi bir həftə davam edəcək.

Mədəniyyət 2018-04-23 14:02:00