×
A
A
A
Sazlamalar

Ələt qəsəbəsinin Şıxlar bağ massivində qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb

Bakı, 23 aprel, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakının Qaradağ rayonu Ələt qəsəbəsinin Şıxlar bağ massivində Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkarlanıb.
Hər üç qurumun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb.
Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.

 

Sosial 2018-04-23 11:15:00