×
A
A
A
Sazlamalar

Kreditlərin 96,4 faizi banklar tərəfindən verilib

Bakı, 21 aprel, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, martın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11561,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 9415,6 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1700,9 milyon manata çatıb və ümumi kredit portfelinin 14,7 faizini təşkil edib.

Maliyyə 2018-04-21 19:13:00