×
A
A
A
Sazlamalar

Birinci rübdə dövlət büdcəsinin gəlirləri 4563 milyon manat, xərcləri 4408 milyon manat olub

Bakı, 21 aprel, AZƏRTAC
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 4563,0 milyon manat, xərcləri 4408,0 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, büdcənin icrasında 155,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,9 faizi qədər profisit yaranıb.

Maliyyə 2018-04-21 12:11:00