×
A
A
A
Sazlamalar

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipinə dair təlim keçirilib

Bakı, 20 aprel, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) maliyyə sektorunda fəaliyyət göstərən pərakəndə satış müəssisələrinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi haqqında təlim keçirilib. Təlimdə pərakəndə satış müəssisələrindən 15 nəfərdən çox nümayəndə iştirak edib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə məlumat verilib, həmçinin reyestrin elektron portalının iş prinsipi təlim iştirakçılarına detallı izah edilib. Bildirilib ki, cari il martın 15-də istifadəyə verilmiş və https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən reyestrə 10 mindən çox bildiriş daxil edilib.
Müzakirələr zamanı bildirilib ki, maliyyə sektorunda çalışan qurumlara və sahibkarlara palata tərəfindən reyestrin istifadəsinin tətbiqi üzrə mütəmadi olaraq məlumat dəstəyi göstəriləcək.
Qeyd edək ki, daha öncə reyestrin iş prinsipi üzrə təlim bank, kredit təşkilatları, kredit ittifaqları və lizinq şirkətləri üçün keçirilib.

Maliyyə 2018-04-20 13:35:00