×
A
A
A
Sazlamalar

"Met-Ak" istiqrazları yerləşdirilib

Bakı, 20 aprel, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) "Met-Ak" MMC-nin 3 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə zamanı hərrac qiyməti 1000,00 AZN olub. Sifarişlər 8 investor tərəfindən təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 000 000,00 manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil edib. İstiqrazlar 2019-cu il aprelin 19-da ödəniləcək.

 

Maliyyə 2018-04-20 12:02:00