×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirilib

Bakı, 20 aprel, AZƏRTAC
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun Bakı Fond Birjasında (BFB) 20 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 milyon manatdır. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib. İstiqrazlar 2040-cı il aprelin 19-da ödəniləcək.

Maliyyə 2018-04-20 11:34:00