×
A
A
A
Sazlamalar

Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı"nın kreditorlarına müraciət edib

Bakı, 20 aprel, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi aprelin 23-dən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.

Maliyyə 2018-04-20 10:26:00