Şirzad Abdullayev: Bu il veriləcək kreditlərin həcmi minimum 170 milyon manat olacaq
Bakı, 18 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
İcraçı direktor qeyd edib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5145 yeni iş yerinin açılması imkanı yaradır. Verilmiş kreditlərin 74 faizi regionların, 26 faizi Bakının qəsəbələrinin payına düşür. Bu il veriləcək kreditlərin həcmi minimum 170 milyon manat təşkil edəcək.
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb
Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub