Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


"Met-ak" istiqrazları Bakı Fond Birjasında listinqə qəbul edilib

Bakı, 16 aprel, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Met-ak" MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan istiqrazların sayı 3 min ədəd, qiyməti 1000 manatdır.
Nominal dəyəri 2 milyon AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 12 faizdir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.
"Met-ak" istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.
Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin "Listinqdə olan şirkətlər" bölməsində (www.bfb.az) yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Maliyyə 2018-04-16 18:35:00