Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Muzeydə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir materiallar nümayiş etdirilir

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir materiallar nümayiş etdirilir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, həmin materiallar arasında o dövrdə çıxmış qiymətli kağızlar da xüsusi əhəmiyyət daşıyır. Muzeyin fondunda Azərbaycan Xalq Cümhuriyyəti Bakı Bələdiyyə İdarəsinin lotereya biletinin təsdiqlənməmiş nümunəsi və Azərbaycan Xalq Dövlət Bankının çeki, Dəniz Nəqliyyatı İdarəsinin haqq-hesab çekinin istifadə olunmamış nüsxələri saxlanılır. Cümhuriyyət dövrünün tədqiqində bu nadir materiallar mühüm tarixi mənbədir.

Elm və təhsil 2018-04-16 18:14:00