Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Sınaq imtahanlarında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları DİM-in saytında yerləşdirilib

Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) sınaq imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın iki gündə elan olunması nəzərdə tutulur.
Sınaq imtahanlarında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in rəsmi internet saytında tanış olmaq mümkündür.
İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
Gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunan sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Sınaq imtahanlarında istifadə olunan sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının online satışı “> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Aprelin 1-də keçirilən sınaq imtahanlarında istifadə olunan sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını isə (pdf formatında) DİM-in saytından əldə edə bilərsiniz.

Elm və təhsil 2018-04-16 17:59:00