×
A
A
A
Sazlamalar

Sahibkarlar "2018 İpək Yolu Ticarət Əməkdaşlığı" mövzusunda keçirilən "dəyirmi masa"da iştiraka dəvət olunurlar

Bakı, 4 aprel, AZƏRTAC
Çində "2018 İpək Yolu Ticarət Əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, mayın 11-də Çinin Sian şəhərində "2018 İpək Yolu Ticarət Əməkdaşlığı" mövzusunda keçiriləcək "dəyirmi masa"da elektron ticarət (e-ticarət) sahəsində əməkdaşlıq yolları müzakirə ediləcək. Azərbaycan və Çin arasında əlaqələrin genişləndirilməsi məqsədilə ölkəmizdə fəaliyyət göstərən sahibkarlar tədbirə dəvət olunurlar.

Biznes 2018-04-04 05:46:00