×
A
A
A
Sazlamalar

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Orucun vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Zahid Məhərrəm oğlu Orucun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Elşad Mirbəşir oğlu
Laçın Məmmədəli oğlu Abasov
Rüfət Novruz oğlu Qasımov
Ədalət Sabir oğlu Kərimov
İlkin İlqar oğlu İslamzadə
Nizami Həmid oğlu Quliyev
Elçin Elbəyi oğlu Həsənov
Etibar İskəndər qızı Hüseynova
Eldəniz Arif oğlu Kərimov
Elvin Çingiz oğlu Çingizoğlu
Elnur İsmayıl oğlu İspanov

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov


Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Qərarlar 2018-03-17 21:08:00