×
A
A
A
Sazlamalar

Bakıda “Könül inciləri” adlı sərgi açılacaq

Bakı, 9 mart, AZƏRTAC

Martın 24-də Bakı Xətai Sənət Mərkəzində “Könül inciləri” adlı sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, modelyer-rəssam Könül İncənin əsərlərinin nümayiş edildiyi sərgidə 30-dək əsər təqdim olunacaq.
Sərgidə rəssamın müxtəlif mövzularda yağlı boya, qrafika, sulu boya və digər texnikalarda işlədiyi əsərlər nümayiş ediləcək.

İncəsənət 2018-03-09 14:42:00