×
A
A
A
Sazlamalar

Bakıda “Baharı birlikdə qarşılayaq” adlı rəsm sərgisi açılıb

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də Bakı Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin əl işlərindən ibarət “Baharı birlikdə qarşılayaq” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Əziz Qarayusifli çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərgidə 30-dək şagirdin 70-ə yaxın müxtəlif mövzularda rəsm əsəri nümayiş olunur. Bu əsərlərdə əsas yeri bahar mövzusu tutur.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Qaliblər diplom və hədiyyələrlə təltif olunub.

İncəsənət 2018-03-03 17:43:00