×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində növbəti sərgi - “Baharı birlikdə qarşılayaq”

Bakı, 28 fevral, AZƏRTAC
Martın 3-də Bakı Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət “Baharı birlikdə qarşılayaq” adlı sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə 30-dək şagirdin 70-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur. Sərginin sonunda qaliblər diplom və hədiyyələrlə təltif olunacaq.

İncəsənət 2018-02-28 05:33:00