×
A
A
A
Sazlamalar

Boksçumuz “Strandja” turnirində bürünc medal qazanıb

Bakı, 25 fevral, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş M.Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.
Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

İdman 2018-02-25 15:45:00