×
A
A
A
Sazlamalar

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanın birinci mərhələsi keçirilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
Qeyd edək ki, imtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib.

Elm və təhsil 2018-02-25 10:56:00