×
A
A
A
Sazlamalar

BMT Təhlükəsizlik Şurası Suriyada azı 30 günlük atəşkəs qərarı verdi

Bakı, 25 fevral, AZƏRTAC

BMT Təhlükəsizlik Şurası Suriyada münaqişə tərəflərindən döyüş əməliyyatlarını azı 30 gün dayandırmağı tələb edən qətnaməyə səs verib. Qətnamə əhaliyə humanitar yardım göstərilməsi məqsədi daşıyır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənəd Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən yekdilliklə dəstəklənib. Qətnamədə “bütün tərəflərin döyüş əməliyyatlarını dərhal dayandırması tələb olunur” və onların üzərinə Suriyanın bütün ərazisində azı 30 gün ərzində humanitar fasiləyə riayət etmək məsuliyyəti qoyulur. Qeyd olunur ki, bu, əhaliyə humanitar yardımı yubanmadan çatdırmaq, habelə ağır xəstələri və yaralıları təxliyə etmək üçün şərait yaradacaq.
Qətnaməyə əsasən, atəşkəs İŞİD və digər terror təşkilatlarına qarşı aparılan əməliyyatlara şamil olunmur.

Dünya 2018-02-25 03:26:00