×
A
A
A
Sazlamalar

İğdırda Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi anılıb

İğdır, 25 fevral, AZƏRTAC 

Azərbaycanın Qarsdakı Baş konsulluğunun və Türkiyənin İğdır bölgəsində fəaliyyət göstərən “15 İyul şəhid və qazi ailələri” dərnəyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı daha bir anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İğdırın Aralıq rayonunda keçirilən tədbirdə Azərbaycan və Türkiyənin bütün şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev, Aralıq rayonunun icra hakimi Kəmal Duru, “15 İyul şəhid və qazi ailələri” dərnəyinin sədri Kanber Gözəlqaya Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Bu soyqırımının XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğu və xalqlarımız tərəfindən heç vaxt unudulmayacağı vurğulanıb. Qeyd olunub ki, bəşər tarixində belə cinayətin bir daha təkrarlanmaması üçün Xocalı faciəsi bütün dünya ictimaiyyəti tərəfindən soyqırımı aktı kimi tanınmalıdır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
İğdır

Xocalı faciəsi 2018-02-25 02:03:00