×
A
A
A
Sazlamalar

Qadın həndbolçuların Azərbaycan çempionatında “Qarabağ” komandası rəqibinə qalib gəlib

Bakı, 24 fevral, AZƏRTAC

Qadın həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, günün ilk qarşılaşmasında çempionluğa əsas namizəd “Azəryol” komandası “İdman Akademiyası” üzərində qələbə qazanıb - 37:28.
Digər oyunda “Azərsu” “Gənclərbirliyi” üzərində 40:24 hesabı ilə qalib gəlib.
Turun son qarşılaşması daha maraqlı olub. Gərgin mübarizə şəraitində keçən “Qarabağ” – “Nur” görüşü 29-28 hesabı ilə “Qarabağ”ın üstünlüyü ilə başa çatıb.

İdman 2018-02-24 21:18:00