Tərtərdə 384 ədəd güllə aşkarlanıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Seydimli kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri ərazidə su kanalına baxış keçiriblər. Operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 384 ədəd 7,62 millimetrlik güllə (T-46 LPS) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış güllələrin ətrafında 350 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1–dən fevralın 24-dək, ümumilikdə, 1069 partlamamış hərbi sursat, bir tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 23 min 865 kvadratmetr ərazi yoxlanılıb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO