×
A
A
A
Sazlamalar

Cəbhəboyu zonada yerləşən bölmələrdə mədəni-kütləvi tədbirlər keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

Hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə düşmənlə təmas xəttində yerləşən bölmələrdə səyyar təşviqat dəstəsi tərəfindən mədəni-kütləvi tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kollektivi hərbi qulluqçularla görüşlərdə Vətənə, xalqa bağlılıq, dövlətə və hərbi anda sədaqət, düşmənə nifrət hissinin aşılanması ilə bağlı müxtəlif mövzularda söhbətlər aparıb. Tədbirlərdə şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub.

Ordu 2018-02-24 20:12:00