×
A
A
A
Sazlamalar

UNEC-in tələbələri inkubasiya proqramı çərçivəsində layihələrini reallaşdıracaqlar

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılan Yunus Sosial Biznes Mərkəzi inkubasiya proqramına başlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi gənc startupçulara yardım etmək və müxtəlif resurslar vasitəsilə onların sosial biznes ideyalarını dəstəkləməkdir. Tələbələr inkubasiya proqramı çərçivəsində icra etmək istədikləri sosial biznes istiqamətində startup layihələrini reallaşdıracaqlar.

Elm və təhsil 2018-02-24 18:45:00